Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
Rio-de-Janeyro Olimpiadasında cüdo yarışları davam edir. Sportfm.az xəbər verir ki, daha bir Azərbaycan cüdoçusu tatami üzərinə çıxır. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə qoşulur. Cüdoçumuz yarışa 1/16 final mərhələsində qoşulacaq. Orucovun bu mərhələdə qazaxıstanlı Didar Həmzəyə qalib gəlib. Orucov növbəti rəqibi avstraliyalı Jake Benstdetdi də ipponla məğlub edərək 1/4 finala adlayıb. Bu mərhələdə isə macarıstanlı Miklos Unqvarini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda İsrail təmsilçisi Sagi Mukini də məğlub edərək finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Orucov həlledici görüşdə yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Bu görüşdə məğlub olsa da Azərbaycana Rio Olimpiadasında ilk gümüş medalı qazandırıb.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.
Oxşar xəbərlər
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Mustafayev Azərbaycana Rio Paralimpiadasında ilk medalı qazandırdı
Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Rio-2016: Nicat Şıxəlizadə mübarizəni dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası