Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Karateçilərimiz Moldovada 6 medal qazandı
Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində 6 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, turnirdə 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla, ümumilikdə 16 nəfər Azərbaycanı təmsil edib.
287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. Elnur Qasımzadə (67 kq) qızıl, Hikmət Ağayev (60 kq), Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli, Elmin Hüseynli (hər ikisi 84 kq) isə bürünc medal qazanıblar.
İdmançılar baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında mübarizə aparıblar.
2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir.
Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (Deaflympics – ICSD) üzvlüyünə qəbul olunub.

Oxşar xəbərlər
Karateçilərimiz dünya çempionatında 4 medal qazandı
Güləşçilərimiz ilk gündə 5 medal qazandı - “Zaqreb Open”
“Neftçi”nin təmsilçiləri üç ayda 256 medal qazandı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
4 qızıl, 3 gümüş və 5 bürünc - yığmamız birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin