Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mustafayev Azərbaycana Rio Paralimpiadasında ilk medalı qazandırdı
Braziliyanın Rio-de-Janeyro şəhərində XV Paralimpiya Oyunlarına start verilib. Sportfm.az xəbər verir ki, ilk yarış günündə iki cüdoçumuz mübarizəyə qoşulub. 66 kq çəki dərəcəsində mübarizə aparan Bayram Mustafayev mötəbər yarışda Azərbaycana ilk medalı qazandırıb.
İlk mərhələdən azad olan Mustafayev mübarizəyə 1/4 finaldan başlayıb və braziliyalı rəqibi Halison Oliveyraya qalib gəlib. Mustafayev yarımfinalda yaponiyalı Satoşi Fujimotonu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə özbəkistanlı Utkirjon Niqmatova məğlub olan Mustafayev Rio Olimpiadasının gümüş medalını qazanıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin İbrahimov isə startda Eduardo Qautoya (Argentina), 1/4 finalda Ənvər Sarıyevə qalib gəlib. Yarımfinalda özbəkistanlı Şerzod Namozova uduzan cüdoçumuz bürünc medal qazanmaq şansına malik olsa da, o, monqolustanlı Uqanx Bolormaya məğlub olaraq olimpiadada 5-ci olub.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi Rio Olimpiadasında 6 nəfərlik heyətlə təmsil olunur - Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Rövşən Səfərov (81 kq), Kənan Abdullaxanlı (100) və İlham Zəkiyev (+100 kq).
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
“Böyük Dəbilqə”nin ilk günündə 2 medal qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin