reklam
Azərbaycan cüdoçusu
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb


Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri davam edir.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız millimizin aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət İsmayılov bütün rəqiblərinə qalib gələrək "Böyük Dəbilqə"də Azərbaycana ilk qızıl medalı qazandırıb. Cüdoçumuz finala gedən yolda Özbəkistan, Moldova, Bolqarıstan və Yaponiya idmançılarını məğlub edib. Rüfət İsmayılov həlledici görüşdə İran cüdoçusu Səid Mollaei üzərində qələbə qazanıb. Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.

73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medala sahib olublar.

Qeyd edək ki, mötəbər yarışın ilk günüdə Orxan Səfərov (60 kq) millimizə bürünc medal qazandırıb.

Oxşar xəbərlər

Cüdoçumuz Bakıdakı “Böyük Dəbilqə” turnirində bürünc qazandı
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Elxan Məmmədov medal qazandı
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
“Böyük Dəbilqə”nin ilk günündə 2 medal qazandıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər