reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Neftçi"ni, “Sabah” “Kəpəz”i məğlub etdi


Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. "Sabah" isə bu matçda qələbə qazanaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Turun son matçında isə Azərbaycan derbisi baş tutub. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edib. Ağdam klubu əzəli rəqibini 2:0 hesabı ilə məğlub edərək yenidən liderliyə yüksəlib. Bu, komandalar arasında 100-cü derbi matçı olub.

9 noyabr (bazar)

18:44. “Qarabağ” - “Neftçi” - 2:0

Qol: Toral Bayramov, 50-pen.; Kamilo Duran, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
“Azersun Arena”

15:44. “Kəpəz” - “Sabah” - 1:3

Qol: Velko Simiç, 22 (0:1), Coy-Lens Mikesl, 28 (0:2), Olavale Onanuqa, 45+5 (1:2), İqor Noqeyra, 54 (1:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

8 noyabr (şənbə)

“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

“Zirə” - “Turan Tovuz” - 0:0


Bombardirlər:

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Oxşar xəbərlər

“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
"Şamaxı" "İmişli"yə qarşı - Zəfər turu - YENİLƏNİR
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - Premyer Liqa
“Səbail” “Qarabağ”a, “Neftçi” “Zirə”yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər