reklam
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı -
Sportfm.az xəbər saytı

“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı -Premyer Liqa


Misli Premyer Liqasında 10-cu tur davam edir.

Sportfm.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. 9 turdan sonra 5 xalı olan Yevlax klubu 9-cu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla üçüncüdür.

Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkəcək. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” - “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”

2 noyabr (bazar)

16:00. “Turan Tovuz” - “Şamaxı”

18:30. “Sumqayıt” - “Araz-Naxçıvan”

3 noyabr (bazar ertəsi)

19:30. “Sabah” - “Qəbələ"

31 oktyabr (cümə)

“Qarabağ” - “İmişli” - 2:0

Bombardirlər:

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Aleks Souza (“Turan Tovuz”) - 3 qol

Aleksandr Ramalinqom (“Sumqayıt”) - 3 qol

Velko Simiç (“Sabah”) - 3 qol

Alexandro Serrano (“Turan Tovuz”) - 3 qol

Dioqo Almeydan (“İmişli”) - 3 qol

Abdullah Zubir ("Qarabağ") - 3 qol

Oxşar xəbərlər

“Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında bərabərlik - Premyer Liqa
"Araz-Naxçıvan" "Sabah"a, "Zirə" "Sumqayıt"a qarşı - Premyer Liqa
"Sabah" "Zirə"yə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər