reklam
Sportfm.az xəbər saytı

"İnter"in oyunu zamanı tribunada yaşanan qarşıdurmaya aydınlıq gəldi - ÖZƏL


Ötən gün Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "İnter" evdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub oldu. 
Sportfm.az saytı xəbər verir ki, oyun zamanı ağır günlərini yaşayan paytaxt təmsilçisinin azarkeşləri ilə polis arasında qarşıdurma yaşanıb. Belə ki, polis əməkdaşları matçın ikinci hissəsində "İnter" fanatlarının əyləşdiyi tribunadan bir nəfər gənci stadiondan kənarlaşdırmaq istəyib. Saytımıza açıqlamasında "İnter"in sadiq fanatlarından olan Elnur Yusfov hadisəni belə şərh etdi:"Qarşılaşma davam edərkən, anidən bizim iki nəfər fanatımız arasında mübahisə yaşandı. Orada olan bir nəfər məsələyə müdaxilə etdi. Bunu görən digər azarkeşlər həmin şəxsin tribunadan kənarlaşdırılmasını istədi, digərləri isə buna etiraz etdi. Sonra polislə danışaraq, məsələni yoluna qoyduq". 
Qeyd edək ki, hesabda 0:2 hesabı ilə geridə olan "İnter" matçın 71-ci dəqiqəsində Fərcad-Azadla fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb. 

Oxşar xəbərlər

“İnter” azarkeşləri ilə polis arasında qarşıdurma
Milan "İnter"indən əlçatmaz rekord
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
Stadionda polislə azarkeşlər arasında insident
“Qəbələ” PFL-ə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər