“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
Sentyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna “İnter”-“Kəpəz” oyunu ilə start verilib.
Sportfm.az xəbər verir ki, “İnter Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 5-ci dəqiqəsində Fuad Bayramov fərqlənib. Görüşün 21-ci dəqiqəsində Adrian Skarlatake, 32-ci dəqiqəsində isə Aqşin Quluzadə “Kəpəz”in qapısına yol tapıblar. “Kəpəz”in futbolçuları Şəhriyar Əliyev 36-cı, Kərim Diniyev isə 37-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Görüşün ilk hissəsi “İnter”in 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, “İnter” komandası 3:2 hesabı ilə qalib gəlib.
Turun digər oyunlarında isə bu gün “Qəbələ” komandası “Zirə”ni qəbul edəcək, sabah isə “Neftçi” klubu “Sumqayıt”ın qonağı olacaq. “Səbail”-“Qarabağ” oyunu isə Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar təxirə salınıb.
Oxşar xəbərlər
Hamı qol vurdu, "Qəbələ" uduzdu
“Sumqayıt” səfərdə “Kəpəz”i üç cavabsız qolla məğlub etdi
"Qarabağ" - "Sumqayıt" 2:0 - VİDEO
“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib
Topaz Premyer Liqasının V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa














Misli Premyer Liqası