reklam
Azərbaycanlı futbolçu Rusiya millisinə dəvət aldı
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu Rusiya millisinə dəvət aldı


Rusiyanın gənclərdən ibarət yığma komandasının Qırğızıstanda keçiriləcək turnir üçün geniş heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 38 nəfərlik siyahıya əslən azərbaycanlı futbolçu Ülvi Babayev də daxil edilib.

Moskva "Dinamo"sunun 21 yaşlı hücumçusu yığmanın baş məşqçisi İvan Şabanovun da diqqətini cəlb edib.

Rusiya millisi noyabrın 12-də İran, noyabrın 15-də Qırğızıstan, noyabrın 18-də Bəhreynlə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması istiqamətində danışıqlar aparır.

Oxşar xəbərlər

Pokatilov Qazaxıstan millisinə dəvət aldı
Mbappe Fransa millisinə dəvət almadı
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
"Ufa" azərbaycanlı futbolçu aldı - FOTO
Azərbaycanlı futbolçu Azərbaycanla danışıq aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər