reklam
“Qarabağ” ölkə reytinqini artırdı
Sportfm.az xəbər saytı

“Qarabağ” ölkə reytinqini artırdı


Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.
Sportfm.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”a qalib gəlməsi sayəsində mümkün olub.

“Köhlən atlar” ölkənin aktivinə daha 0,500 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır.

Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.

Qarabağ” səfərdə “Ferentsvaroş”u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.

Oxşar xəbərlər

“Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyduq - UEFA reytinqi
Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı keçdi
UEFA reytinqində xal ehtiyatımız artdı
"Qarabağ" Azərbaycanın xallarını artırdı - UEFA reytinqi
Azərbaycanın xal ehtiyatı artdı - UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər