reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Azərbaycanın xallarını artırdı -UEFA reytinqi


Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb.

Sportfm.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir.

Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir.

Oxşar xəbərlər

“Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyduq - UEFA reytinqi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
“Qarabağ”ın növbəti xalları - UEFA reytinqi
“Qarabağ” Azərbaycana xallar qazandırdı - UEFA reytinqi
"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər