reklam
Azərbaycanın xal ehtiyatı artdı -
Sportfm.az xəbər saytı

Azərbaycanın xal ehtiyatı artdı -UEFA reytinqi


“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

“Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyduq - UEFA reytinqi
Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı keçdi
UEFA reytinqində xal ehtiyatımız artdı
“Qarabağ”ın növbəti xalları - UEFA reytinqi
"Qarabağ" Azərbaycanın xallarını artırdı - UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər