reklam
Bakıda cüdo üzrə beynəlxalq turnirin açılışı oldu -
Sportfm.az xəbər saytı

Bakıda cüdo üzrə beynəlxalq turnirin açılışı oldu -FOTO


Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə Bakı "Avropa Cüdo Ümidləri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Sportfm.az-a verilən məlumata görə tədbirdə ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov çıxış edərək ölkəmizdə ilk dəfə təşkil olunan bu turnirin əhəmiyyətini vurğulayıb.

O, yarışların yeniyetmə cüdoçuların praktiki bilik və təcrübələrinin artırılmasında mühüm rol oynadığını qeyd edərək, göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin idman komissarı Pavel Volek isə çıxışında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. EJU rəsmisi turnir çərçivəsində keçirilən texniki sessiyalarda iştirak edən Kodokan mütəxəssislərin dəvəti qəbul edərək Bakıya gəlməsindən məmnunluğunu bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

Rəsmi çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və "Avropa Cüdo Ümidləri" turniri rəsmən açıq elan olunub.

Oxşar xəbərlər

Beynəlxalq Federasiyasının bayrağı Azərbaycana təqdim olundu - FOTO
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb
“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi
Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər