reklam
Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO
Sportfm.az xəbər saytı

Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO


Parisdə keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri ərəfəsində bu şəhərdəki Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə tədbir keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirin əsas məqsədi beynəlxalq turnir ərəfəsində dünya cüdo ailəsinin üzvlərini bir araya gətirmək olub.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iştirakçıları salamlayıb, SOCAR-a, Azərbaycan Cüdo Federasiyasına dəstəyə görə təşəkkür edib. O, həmçinin Fransa Cüdo Federasiyasına cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinin təşkilinə görə minnətdarlığını bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb. Ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. İdmanın əhəmiyyətini vurğulayıb.

Bildirib ki, bu gün Azərbaycan Cüdo Federasiyasının üzvləri həmkarları ilə birlikdə olmaqdan məmnundurlar. SOCAR hər zaman cüdo ailəsinin yanında olacaq və onu dəstəkləyəcək. R.Abdullayev idmana dəstəyin gələcəyə, gənclərə böyük dəstək olduğunu qeyd edib.

Fransadakı səfirliyimizin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfirin adından çıxış edərək, tədbir iştirakçılarını salamlayıb.

Görüşdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Sadıq Sadıqov, Elnur Məmmədli iştirak ediblər.

Sonra gənc və istedadlı bəstəkar Etibar Əsədlinin rəhbərlik etdiyi "Etribar Əsədli Trio” ansamblının ifasında caz musiqisi səsləndirilib.

Oxşar xəbərlər

“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
28 oktyabr - Dünya Cüdo Günü
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər