reklam
“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi
Sportfm.az xəbər saytı

“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi


Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, əvvəlcə beynəlxalq yarışda iştirak edən ölkələrin bayraqları arenaya gətirilib. Mərasimdə gənclər və idman nazirinin müavini Ismayıl İsmayılov çıxış edərək ən nüfuzlu yarışların Azərbaycanda qürur hissi ilə və yüksək səviyyədə keçirildiyini söyləyib. O, dövlət başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğulayıb və ölkə prezidentinə minnətdarlığını bildirib. Sonra söz Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə verilib. O, Bakıda keçirilən "Böyük dəbilqə” turnirində iştirak etməkdən qürur duyduğunu söyləyib. Cənab Vizer Azərbaycan Cüdo Federasiyasına və idmançılara uğurlar diləyib. Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə” turnirinin hər il yüksək səviyyədə keçirildiyini vurğulayıb. Rövnəq Abdullayev yarışı açıq elan edərək güclülərin qalib gəlməsini arzulayıb. Sonra Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycan Respublikasının himnləri səsləndirilib. Açılış mərasimi bədii proqramla davam etdirilib.

Oxşar xəbərlər

Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
Nazir "Böyük Dəbilqə" yarışının mükafatçıları ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər