reklam
Beynəlxalq Federasiyasının bayrağı Azərbaycana təqdim olundu -
Sportfm.az xəbər saytı

Beynəlxalq Federasiyasının bayrağı Azərbaycana təqdim olundu -FOTO


Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizələrin son günündə bayraq təslimetmə mərasimi baş tutub.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.

Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib. Mərasimə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər qatılıblar.

Cüdo üzrə dünya çempionatı Bakıda gələn il 9–16 iyul tarixlərində keçiriləcək. Fərdi yarışlar 9–15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq. Bakı bu mötəbər turnirə ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.

Oxşar xəbərlər

Azərbaycan cüdo dünyasının mərkəzində - DÇ-2026 Bakıda keçiriləcək
Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
28 oktyabr - Dünya Cüdo Günü
Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər