
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Cüdoçularımız 4 medal qazandı
Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Sportfm.az xəbər verir ki, mötəbər birinciliyin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Gənclərdən ibarət milli komandamız aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb. Milli komandamızın üzvləri Nəzakət Əzizova (52 kq) və Kəramət Hüseynov (60 kq) bütün rəqiblərinə qalib gələrək Berlində qızıl medala sahib olublar. 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində yarışan Yaqub Cavadov Avropa kuboku yarışında bürünc medala layiq görülüb.
Beləliklə gənc cüdoçularımız Berlin turnirinin ilk günündə 4 medal qazanıblar.
Oxşar xəbərlər
Praqada Azərbaycan dueli
Minsk cüdoçularımız düşərli oldu
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin