Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Azarkeşlər yaxşı futbola baxmağa gələcəklər” -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun “Sabah”a qarşı keçiriləcək final görüşündən öncə mətbuata açıqlama verib.
Sportfm.az xəbər verir ki, təcrübəli məşqçi jurnalistlərin suallarını cavablandırıb.
“Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərəcək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib, yaxşı nəticə göstərək. “Sabah” yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci yerdə olsalar da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı, belə final oyunları oynamaq xoşdur. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun olsun. Xeyirlisi olsun”.

Oxşar xəbərlər
"Uğurlu nəticə əldə etməyə çalışacağıq” - Qurban Qurbanov
"Üçüncü dəfədir ki, əlimizə belə şans düşür" - Qurban Qurbanov
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
Qurban Qurbanov: "Maraqlı oyun oldu"
"Sabahkı oyun çox çətin olacaq" - De Byazi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası