reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Neftçi"ni uddu -Misli Premyer Liqası


Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turunun matçları davam edir.
Sportfm.az xəbər verir ki, ikinci gündə daha iki oyun keçirilib.

Əvvəlcə artıq çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Görüş ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" bu qələbədən sonra xal sayını 89-a çatdırıb. "Şamaxı" isə 36 xalla 7-ci yerdədir.

Daha sonra isə “Sabah” “Neftçi”ni qəbul edib. Bu görüşdə Masazır təmsilçisi 1:0 hesablı qələbə qazanaraq turniri 48 xalla 5-ci yerdə başa vurdu. "Neftçi" isə 43 xalla 6-cı yerdədir.

24 may (şənbə)

19:30. “Sabah” - “Neftçi” - 1:0

Qol: Cesse Sekidika, 62
Qırmızı vərəqə: Sofian Çakla, 50 ("Sabah"), Edvin Kuç, 75 ("Neftçi")
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”

Oxşar xəbərlər

"Qarabağ" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
“Şamaxı” “Qarabağ”a “Sabah” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Kəpəz"ə qalib gəldi - Misli Premyer Liqası
"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi - Misli Premyer Liqası
“Neftçi” “Sumqayıt”ı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər