reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi -Misli Premyer Liqası


Misli Premyer Liqasında 29-cu tur davam edir.

Sportfm.az xəbər verir ki, bu gün daha iki matç oynanılacaq.

Əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, paytaxt təmsilçisi 36 xalla 5-cidir. Gəncə klubu isə 27 xalla 9-cu pillədə yerini möhkəmləndirib və sonuncu - 10-cu yerdəki "Səbail"lə xal fərqini 7-ə çatdırıb.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Zirə”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 90+9-cu dəqiqəsində qonaq komandanın xeyrinə penalti təyin olunsa da, Qismət Alıyevin zərbəsini qapıçı Mateus Koxalski dəf edib.

Beləliklə, "Qarabağ" 70 xalla liderdir, "Zirə" isə 55 xalla 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

6 aprel (bazar)

19:30. “Qarabağ” – “Zirə” - 1:0

Qol: Kadi Borqes, 15
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tofiq Bəhramov adına Respublika Stadionu

17:00. “Sabah” - “Kəpəz” - 0:1

Qol: Valdemar Almeyda, 41
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”

7 aprel (bazar ertəsi)

15:30. “Şamaxı” – “Neftçi”

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”

5 aprel (şənbə)

“Səbail” - “Turan Tovuz” - 0:0



Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Salifu Suma ("Zirə") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qola

Oxşar xəbərlər

“Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı - Misli Premyer Liqası
“Qarabağ” “Zirə”nin növbəti dueli - Premyer Liqa
“Neftçi” “Sumqayıt”ı məğlub etdi
"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəldi - Misli Premyer Liqası
“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər