reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Kəpəz"ə qalib gəldi -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, 2-ci gündə 2 matç keçirilib.

Əvvəlcə "Neftçi" "Səbail"lə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, "Neftçi" xal sayını 43-ə çatdıraraq 6-cı, "Səbail" isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

"Qarabağ" isə "Kəpəz"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, lider "Qarabağ" xal sayını 86-ya çatdırıb. "Kəpəz" isə 32 xalla 8-ci yerdədir.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə "Qarabağ" çempion olub, "Zirə" 2-ci yeri, "Araz-Naxçıvan" isə 3-cü pilləni təmin edib.

18 may (bazar)

19:00. "Qarabağ" – "Kəpəz" - 3:0

Qollar: Leandro Andrade, 31, Aleksey Kaşuk, 74, Musa Qurbanov, 83

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov

VAR: Rəşad Əhmədov

AVAR: Əli Əliyev

“Azersun Arena”

17:00. "Neftçi" – "Səbail" - 3:0

Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 25, Əlirza Müştəbazadə - avtoqol, 79

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

“Neftçi Arena”

17 may (şənbə)

"Sumqayıt" - "Turan Tovuz" - 0:1

"Zirə" - "Sabah" - 1:1

"Şamaxı" - "Araz-Naxçıvan" - 0:1



Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 15 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 10 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Pavol Şafranko ("Sabah") - 9 qol

Oxşar xəbərlər

"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi - Misli Premyer Liqası
“Neftçi” “Sumqayıt”ı məğlub etdi
"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəldi - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Səbail"i uddu - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Səbail”ə qarşı – Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər