reklam
Sportfm.az xəbər saytı

"Prezident olaraq daim onun arxasındayam” -Tahir Gözəl


“Qarabağ” bu gün Misli Premyer Liqasının 32-ci turunda “Sabah”ın qonağı olub (1:1).
Klubun prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Sabah" komandasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, oyundan sonraTahir Gözəl “Qarabağ”ın 12-ci çempionluğu ilə bağlı açıqlama verib:
“Hakimlərimizdən çox razıyam. Bu gün də çox gözəl, baxımlı oyun oldu.
Arzum odur ki, kubokun ən gözəl oyunu, şirlərin savaşı olsun. Möhtəşəm bir oyun gözləyirəm. Mən bilirəm ki, “Sabah” ora çox güclü gələcək. Çünkü onlar üçün avrokuboklara yollanmaq baxımından yeganə yol budur.
“Qarabağ”da Qurban müəllimlə çox gözəl anlaşırıq. “Sabah”la kubok oyunundan sonra baş məşqçimizlə yeni transferlərlə bağlı müzakirələr aparacağıq.

Püşkün nəticəsini gözləyəcəyik. UEFA Çempionlar Liqasında çıxış etməyimiz sevindirici haldır. Qurban müəllim də bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam”.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 19:00-da başlanacaq.

Oxşar xəbərlər

Tahir Gözəl "Qarabağ"ı yalnız buraxmadı
"Avropanı təəccübləndirməyə çalışacağıq" - Tahir Gözəl
"Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar” - Tahir Gözəl
Tahir Gözəl oyunun yayımlanmaması ilə bağlı danışdı
Tahir Gözəl klubu ziyarət etdi - Qurban Qurbanovla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər