reklam
Tahir Gözəl klubu ziyarət etdi -
Sportfm.az xəbər saytı

Tahir Gözəl klubu ziyarət etdi -Qurban Qurbanovla görüşdü


"Qaraabğ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının 3-cü təsnifatmərhələsində  AEL-lə cavab matçı öncəsi komandanın baş məşqçisi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə “Qarabağ”ın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, Tahir Gözələ yeni transferlər haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib. Tahir Gözəl “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

Tahir Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandaya uğurlar arzulayıb. O, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək üçün strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.
Qeyd edək ki, 12 avqustda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oxşar xəbərlər

"Qələbə üçün gücümüz, imkanımız var" - “Qarabağ”ın prezidenti
Tahir Gözəl oyunun yayımlanmaması ilə bağlı danışdı
“Qarabağ”ın prezidenti Qurbanovla görüşdü- FOTO
"Qarabağ"ın prezidenti klubu ziyarət etdi
"Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər