reklam
Tahir Gözəl
Sportfm.az xəbər saytı

Tahir Gözəl "Qarabağ"ı yalnız buraxmadı


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludororets”lə qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.

Sportfm.az xəbər verir ki, klubun prezidenti Tahir Gözəl bu vacib və çətin səfər matçında komandanı tək qoymayıb.

O, komandanın yanında olmaq, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Ludoqorets” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" Bolqarıstana yola düşdü
"Ludoqorets" - "Qarabağ" matçının biletləri satışda
"Qələbə üçün gücümüz, imkanımız var" - “Qarabağ”ın prezidenti
Tahir Gözəl oyunun yayımlanmaması ilə bağlı danışdı
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər