Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Bakıda “Çempionların savaşı”ı keçiriləcək
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, aprelin 27-dən 30-dək davam edəcək yarışda Azərbaycanın və dünyanın aparıcı şahmatçıları rapid və blits mübarizəsində qarşılaşacaqlar.
“Çempionların savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparacaq. “Çempionların savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq şahmat turnirində qədim sənət növü ilə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək zəka sahiblərinin mübarizə məkanına çevriləcək.
Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalibi olan yeniyetmə şahmatçılara seans keçəcəklər.

Oxşar xəbərlər
Azərbaycanı Gimnaziadada təmsil edəcək şahmatçılar - SİYAHI
Rauf Məmmədov Azərbaycan çempionu oldu
Azərbaycan çempionatının qalibi bilindi
Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək
Dünya çempionatının qalibi 350 min dollar qazanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin