reklam
Rauf Məmmədov Azərbaycan çempionu oldu
Sportfm.az xəbər saytı

Rauf Məmmədov Azərbaycan çempionu oldu


Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-breyk görüşləri baş tutub.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-breykdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib. Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.

Oxşar xəbərlər

Azərbaycan çempionatının mükafatçıları məlum oldu
Finallarda inanılmaz duellər - Azərbaycan çempionatı
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb -

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər