reklam
Azərbaycan çempionatının qalibi bilindi
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının qalibi bilindi


Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Bakı Şahmat Klubunda təşkil olunan yarışda idmançılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıblar.

Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub.

Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarova ilə Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.

Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.

Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb.

Oxşar xəbərlər

Bu dəfə medalsız qaldıq
Dünya çempionatına 17 şahmatçımız yollanır
Şahmatçılarımız dünya çempionatına qatılacaq
Dünya çempionatında iştirak edəcək şahmatçılarımız məlum oldu
Şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər