reklam
Dünya çempionatının qalibi 350 min dollar qazanacaq
Sportfm.az xəbər saytı

Dünya çempionatının qalibi 350 min dollar qazanacaq


Sankt-Peterburqda keçiriləcək rapid və blits üzrə 2018-ci il dünya çempionatının qalibləri hərəyə 350 min dollar məbləğində mükafat qazanacaqlar. Bu barədə Rusiya Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sportfm.az xəbər verir ki, qadın turnirinin qalibləri isə hərəyə 150 min dollar əldə edəcəklər. Yarışların mükafat fondu, ümumilikdə, 1 milyon dollardır.

Dekabrın 25-dən 31-dək keçiriləcək Sankt-Peterburq turnirində şahmatçılar üçün xüsusi viza rejimi təşkil edilib.

Rapid üzrə hazırkı dünya çempionu hindistanlı qrossmeyster Vişvanatan Ananddır. Blits üzrə dünya çempionu isə şahmat tacının sahibi norveçli Maqnus Karlsendir. Qadınlar arasında 2017-ci ildə rapid üzrə turnirdə klassik şahmat üzrə dünya çempionu çinli Tszyuy Ventszyun qalib gəlib, blits turnirində isə birinci yeri gürcüstanlı Nana Dzaqnidze tutub.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov üçün 9500 dollar
Dünya çempionatı Polşada keçiriləcək - Rapid və blits üzrə
Təxirə salınmış dünya çempionatı Qazaxıstanda keçiriləcək - FIDE açıqladı
Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək
Şəhriyar Məmmədyarov 37 min dollar qazana bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər