reklam
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi -
Sportfm.az xəbər saytı

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.

Sportfm.az xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb. Lider "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Matç ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" turnir cədvəlində 67 xalla 1-ci, "Turan Tovuz" isə 43 xalla 4-cüdür.

Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. Beləliklə, "Qarabağ" bu mövsüm "Turan Tovuz" üzərində ilk qələbəsini qazanıb.

28 mart (cümə)

19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:4

Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu

29 mart (şənbə)

16:45. “Neftçi” – “Araz-Naxçıvan”

19:00. “Sumqayıt” – “Sabah”

30 mart (bazar)

16:00. “Kəpəz” – “Səbail”

18:00. “Zirə”– “Şamaxı


Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol

Oxşar xəbərlər

“Neftçi” “Səbail”ə, “Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Şamaxı" "Turan Tovuz"a, “Zirə” “Kəpəz”ə qarşı
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” "Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər