Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sərxan Hacıyev verdiyi sözü tutmadı -AFFA buna göz yumdu!
AFFA-nın 150 milyon manatlıq yeni strategiyası hələ qüvvəyə minməyib.
Əcnəbilərə bir ətək pul töküb, yeni strategiya yazdıran federasiyanın əsas məqsədi ölkədə futbolu inkişaf etdirməkdi.
Ölkə futbolunun inkişafına töhfə vermək istəyən bir qurum da vardı. 2015-ci ildə yaranmışdı.
Bəli, hamının tanıdığı, Azərbaycanda ilk peşəkar futbol akademiyası olan "Leon".
Amma təəssüflər olsun ki, indi "Leon" yoxdu. Necə deyərlər, lələ köçüb, yurdu qalıb.
Yarandığı ilk gündən uşaq futboluna yenilik gətirən, xeyli sayda müsbət işlər görən, onlarla potensiallı futbolçunu kəşf edib üzə çıxaran "Leon" dağıldı.
Daha doğrusu, AFFA-nın biganəliyi sayəsində(sağ olsunlar) futboldan getdi.
Son illər klubu öz şəxsi vəsaiti hesabına ayaqda tutan Eldar Mircavadov saytımıza danışır: "5-6 nəfər aşağı yaş qrupları üzrə milli komandalara cəlb edilən futbolçularımız vardı. Xaricə turnirlərə gedirdik. Ancaq son illər böyük çətinliklər yaşayırdıq. Səfərlərə getmək lazım idi, maliyyə xərcləri artmışdı, artıq bu yükü daşıya bilmirdim. Axırda kömək üçün AFFA-ya müraciət etmək qərarına gəldim. O dönəmdə Səxan Hacıyev baş katib idi. Məni qəbul etdi, durumu izah etdim, klubu yaşatmaq üçün kömək edəcəyinə söz verdi. Ancaq heç bir kömək olmadı. Və bir müddət sonra klub dağıldı. Çox heyif, o qədər istedadlı uşaq futbolu atdı. İllərlə əmək sərf olunaraq görülən işlər boşa getdi".
Qeyd edək ki, "Leon" futbol klubu bir neçə yaş qrupu üzrə Respublika çempionatlarında çıxış edib.

Oxşar xəbərlər
Afrika futbolunun inkişafı üçün çalışan "Sabah" - yaxud yerlilər necə qovuldu! - PROBLEM
AFFA-da mübahisə düşdü, Sərxan Hacıyev deyən oldu - EKSKLÜZİV
AFFA onu baş məşqçi etmək istəyir - EKSKLÜZİV
Sərxan Hacıyev nəyə "qulluq" edir? - MƏKTUB
"Leon Baku" FC güclənir - Uşaq futbolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası