reklam
AFFA-da mübahisə düşdü, Sərxan Hacıyev deyən oldu -
Sportfm.az xəbər saytı

AFFA-da mübahisə düşdü, Sərxan Hacıyev deyən oldu -EKSKLÜZİV


AFFA-da baş verən hadisələr elə sürətlə cərəyan edir ki, yazıb çatdıra bilmirik.

Saytımıza daxil olan məlumata görə, bu dəfə qurumun binasında mübahisə düşüb. Belə ki, federasiyanın yeni "şefləri" ilə "köhnələrdən" olan Sərxan Hacıyevin sözləri çəp gəlib.

"Yenilər" israrla aşağı yaş qrupları üzrə milli komandalarımıza əcnəbi məşqçilər cəlb etmək istəsə də, Hacıyev buna qarşı çıxıb.

Hazırda boş olan bir neçə baş məşqçi postuna rusu, serbi, xorvatı təyin etmək istəyənlər bu dəfə əlinin arxasını yerə qoymalı olub.

Hacıyev vaxtın çox az qaldığını, gəlmələrin bizim gənc futbolçuları tanımadığını bildirib və bir çox arqumentlə əcnəbi məşqçi təyinatının qarşısına sədd çəkib.

Onunla "əcnəbi sevdasına tutulanlar" arasında qızğın mübahisə düşüb, sonda Hacıyev deyən olub. Və millilərə yerli məşqçilərin təyin edilməsi ilə bağlı qərar verilib.

Məhz ondan sonra Hacıyev CBC Sportun efirində qətiyyətlə bildirib ki, aşağı yaş qrupları üzrə milli komandalara ancaq yerli baş məşqçilər təyin ediləcək.

Bizə ötürülən daha bir informasiyaya görə, gələn həftə artıq bütün postları tutacaq məşqçilərin adlarına aydınlıq gələcək.

Oxşar xəbərlər

AFFA onu baş məşqçi etmək istəyir - EKSKLÜZİV
Sərxan Hacıyev getdi, yerinə o gəldi! - EKSKLÜZİV
Yığmalarla bağlı qərarsızlıq davam edir - Kimlər gələcək?
Rauf Əliyev "Qarabağ"da baş məşqçi təyin edildi
Biabırçılıq - AFFA əcnəbi hakim gətirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər