Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Afrika futbolunun inkişafı üçün çalışan "Sabah" - yaxud yerlilər necə qovuldu! -PROBLEM
AFFA-nın legioner limitini aradan götürəcəyini öncədən bilən "Sabah" rəhbərliyi(Bax: Maqsud Adıgözəlov - AFFA) qərar çıxmadan öncə əməli işə girişmişdi.
Əsas komandaya lazım olmayan Pokatilov kimi legionerləri cəlb edən klub rəhbərliyi, əcnəbi limitinin aradan götürülməsindən yetərincə "yararlanmaq" fikrindədi.
Belə ki, komandanın aşağı yaş qruplarına da gənc legionerlər cəlb edilməyə başlanılıb. Yəni "Sabah" bundan sonra Afrika qitəsinin futbolunun inkişafı üçün çalışacaq.
Konkret olaraq, "Sabah"da böyük pullar alaraq çalışan xorvat Adino Mustedenaqiç özünün rəhbərliyi etdiyi U-19 komandasına xeyli sayda qaradərili futbolçu cəlb edib.
Bundan sonra Azərbaycanın pulları qaradərili gənc oyunçuları yetişdirməyə xərclənəcək.
Belə baxanda, adamlar düz edir. Nə lazımdı axı, illərlə əmək sərf et yerli uşağı yetişdir, xərc çək, pul xərclə, əziyyət çək. Elə ondansa, get Afrikaya, limit onsuzda yoxdu, 2-3 min dollarını ver, hazır uşağı götür gəl, olsun sənə inkişaf.
Bu arada, son zamanlar durmadan KİV-də reklamı gedən "Sabah" futbol akademiyası limitin yığışdırılmasından sonra bölgədən uşaqlara qapını göstərib.
Bəli, məhz qapını göstərib. İllər ərzində pul töküb bölgələrdən seleksiya nəticəsində akademiyaya cəlb edilən uşaqlar klubdan çıxarılıb.
Daha doğrusu, onların valideynlərinə deyilib ki, kimin pulu varsa, Bakıda bazada uşağını öz puluna saxlaya bilər, komanda bundan sonra heç bir uşağı saxlamayacaq.
Belə olan təqdirdə isə, "Sabah"ın akademiyasına qalan Tovuzdan, Qəbələdən, Qusardan və digər bölgələrdən olan uşaqıar geri - rayonlarına dönməyə məcbur olublar.

Oxşar xəbərlər
“Sabah”da iki yeni müqavilə
"Sabah" heyətini iki gənc futbolçu ilə gücləndirdi - Transfer
Xorvatiyalı mütəxəssis: "Azərbaycanda kəşf olunmayan istedadlar var"
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Adil Şükürov: "Bu, məni də narahat edirdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin