Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
AFFA onu baş məşqçi etmək istəyir -EKSKLÜZİV
AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra limit və komanda sayı məsələsinə aydınlıq gəlsə də, aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçi postları boş qalmışdı.
Artıq bununla bağlı, federasiyada müəyyən işlərə start verilib.
Əvvəla onu deyək ki, aşağı yaş qrupları üzrə milli komandalara yerli mütəxəssislər təyin ediləcək.
Onlardan bir neçəsi ilə danışıq aparan AFFA Aftandil Hacıyevin üzərində dayanmaq fikrindədi.
Federasiyada 43 yaşlı məşqçiyə 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçi postunu həvalə etməyi düşünürlər.
Danışıqlar üçün Hacıyev AFFA-ya dəvət olunub, onunla bu məsələ müzakirə edilib.
Əgər danışıqlar müsbət nəticə verərsə, federasiya Hacıyevlə müqavilə bağlayacaq.
Qeyd edək ki, Hacıyev hazırda "Qarabağ" komandasının futbol akademiyasının koordinatoru vəzifəsində çalışır.

Oxşar xəbərlər
AFFA İcraiyyə Komitəsi toplaşdı - Santuş qalır
İcraiyyə Komitəsinin iclası keçiriləcək
Federasiyada türkiyəli mütəxəssis - Təyinat
İcraiyyə Komitəsinin bugünkü qərarları
AFFA-da bir ilk - İşçi Qrupu yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin