reklam
İdman jurnalistlərinin işi ilə bağlı qərar qəbul edildi
Sportfm.az xəbər saytı

İdman jurnalistlərinin işi ilə bağlı qərar qəbul edildi


Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyevin "matc.az" saytının baş redaktoru İxtiyar Əsgərov və "sports.az" saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında növbəti məhkəmə iclası keçirilib.

Sportfm.az xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.

Xatırladaq ki, əvvəlki prosesdə hakim iddiaçı tərəfin sübutlarını təqdim etməsi üçün bu günə qədər prosesi təxirə salmışdı. Bu gün həmin sübutlar məhkəməyə təqdim edilib.

Məhkəmə sübutların ekspertizaya göndərilməsinə dair qərar qəbul edib.

Ekspertizanın rəyi hazır olandan sonra məhkəmə prosesi davam etdiriləcək. (lent.az)

Oxşar xəbərlər

Klub prezidentinin jurnalistlərə qarşı şikayəti icraata götürülmədi
Mahir Emrelinin valideynləri əmlaklarını bölüşdürə bilmir - Məhkəmə olacaq
Güləş Federasiyası sabiq işçilərinin maaş probleminə münasibət bildirdi
Avropa çempionumuz niyə dəlixanaya göndərildi? - Hadisə
Maşallah Əhmədova hökm oxunacaq vaxt məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər