reklam
Maşallah Əhmədova hökm oxunacaq vaxt məlum oldu
Sportfm.az xəbər saytı

Maşallah Əhmədova hökm oxunacaq vaxt məlum oldu


Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə məhkəmə prosesi yanvarın 13-nə təyin edilib. Həmin gün məhkəmənin M.Əhmədova hökm oxuyacağı gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Əhmədov barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə prosesinə qatılmayıb. Bakıdakı özəl klinikalardan birindən məhkəməyə daxil olan arayışda göstərilib ki, M.Əhmədov səhhətindəki ciddi problemlərlə bağlı klinikaya yerləşdirilib və onun bu səbəbdən də məhkəmədə iştirakı mümkün deyil. M.Əhmədovun böyrəyində problem yarandığı bildirilirdi. Dekabrın 20-də keçiriləcək məhkəmə prosesində M.Əhmədova hökm oxunmalı idi.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi tərəfindən M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarılıb.

Oxşar xəbərlər

Maşallah Əhmədov məhkəməyə müraciət edəcək
Əhmədov 700 gün sonra azad ediləcək
Maşallah Əhmədova “dələduz” dedilər
Tərlan Əhmədov məhkəməyə dəvət olundu
Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər