Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçularımız yarımfinalda -Beynəlxalq turnir
Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.
Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.
Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.
“Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

Oxşar xəbərlər
Boksçularımız Rumıniyada beynəlxalq turnirdə iştirak edəcək
Boksçularımız dünya birinciliyinin yarımfinalında
Boksçularımız beynəlxalq turnirdə mərhələ adladı
Daha 2 boksçumuz yarımfinalda
Kərimli Avropa birinciliyində medalı təmin etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası