reklam
Rusiyalı futbolçu azadlıqdan məhrum edildi
Sportfm.az xəbər saytı

Rusiyalı futbolçu azadlıqdan məhrum edildi


Rusiyalı futbolçu Dmitri Malıxin iki il müddətinə azadlıqdan məhrum edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Kursk vilayətinin məhkəmə sisteminin mətbuat xidmətindən məlumat verilib.

Kursk "Avanqard"ının futbolçusunun həbsinə başqa şəxsə zərər yetirməsi səbəb olub. Təqdim edilən materiallara əsasən, 2024-cü il mayın 22-də futbolçu eyni binada yaşadığı 46 yaşlı şəxsə ağır bədən xəsarəti yetirib. Buna həmin şəxsin futbolçunun qız dostunu təhqir etməsi səbəb olub. Futbolçu üzr tələb etsə də, zərərçəkən şəxs üzr istəməyib. Belədə D.Malıxin həmin şəxsi döyüb və sağlamlığına ağır zərər yetirib.

Məhkəmədə təqsirini etiraf edən futbolçu zərərçəkənə 350 min rubl kompensasiya ödəyib. Məhkəmə zalında həbs olunan Malıxin cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkəcək.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Ximki"nin gənclər komandasında, daha sonra "Şinnik" və "Avanqard"da çıxış edib.

Oxşar xəbərlər

Yamalın atasını bıçaqlayan şəxsə ağır cəza
Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay
Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edildi
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər