
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Cavid Hüseynov azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirlib. Apasport.az saytının APA-ya istinadən məlumatına görə,C. Hüseynovun apellyasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
Həbs olunan azərbaycanlı idmançılar - CİNAYƏT DOSYESİ
Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay
Fırıldaqçı “Qəbələ”li futbolçulara 100 min manat "atdı"!
Rasim Əliyevi öldürən futbolçular kassasiya şikayəti etdi
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Kökçünün komandası kubokda qalib gəldi
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO