Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümüylə bağlı həbs edilən "Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Komanda.az xəbər verir ki, buna səbəb müdafiə tərəfinin ilkin baxış iclasının qərarından kassasiya verməsidi. Proses qeyri-müəyyən vaxtadək təxirə düşüb. Jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
Həbs olunan azərbaycanlı idmançılar - CİNAYƏT DOSYESİ
Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay
Fırıldaqçı “Qəbələ”li futbolçulara 100 min manat "atdı"!
Rasim Əliyevi öldürən futbolçular kassasiya şikayəti etdi
Cavid Hüseynov azadlığa buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası