Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Hədəfləri böyük olan komandaya qarşı çıxış edəcəyik" -Qurban Qurbanov
Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında uğurlu nəticəyə ümid etdiklərini bildirib:
"Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, "Olimpiakos" bu mövsüm Avropa Liqasının qalibi olmağa iddialıdır. Hansı ki, ötən il Konfrans Liqasının kubokunu qazanmışdılar. Arzuları, istəkləri və hədəfləri böyük olan komandaya qarşı çıxış edəcəyik. Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər
"Müəyyən detallar oyunun taleyini həll edəcək" - Julio Romao
"Daha yaxşısını edə bilərik" - Qurban Qurbanov
"Rumıniya futbolu sərtliyi ilə seçilir" - Qurban Qurbanov
"Bizim Avropada böyük təcrübəmiz var" - Qurban Qurbanov
"Belə oyunlar futbolçularımızın böyüməsi üçün təcrübə sayılır" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin