reklam
Sportfm.az xəbər saytı

"Müəyyən detallar oyunun taleyini həll edəcək" -Julio Romao


Qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik.

Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Julio Romao səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan öncə mətbuat konfransında deyib.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib:

"Sabah müəyyən detallar oyunun taleyini həll edəcək. Turnir cədvəlinə nəzər salsaq, rəqib daha yaxşı mövqedə qərarlaşıb. Baxmayaraq ki, bizim pley-offa çıxmaq şansımız yoxdur. Ən azı qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

"Daha yaxşısını edə bilərik" - Qurban Qurbanov
"Qarabağ" Yunanıstana yollandı
"Rumıniya futbolu sərtliyi ilə seçilir" - Qurban Qurbanov
“Qarabağ”ın təcrübəli oyunçuları var” – Xabi Alonso
Fransız mütəəssis “Qarabağ”ı təriflədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər