reklam
Sportfm.az xəbər saytı

"Bizim Avropada böyük təcrübəmiz var" -Qurban Qurbanov


Çox keyfiyyətli komandaya qarşı oynayacağıq.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.
Təcrübəli mütəxəssis sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:

"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı, istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı bilinib
Qurbanov: Qalib gələcəyimiz təqdirdə...
"90 dəqiqə istənilən sürətə dözməliyik" - Qurban Qurbanov
Qurban Qurbanov mətbuat önünə çıxır
“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər