Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Rumıniya futbolu sərtliyi ilə seçilir" -Qurban Qurbanov
"Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq".
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilin ilk avrokubok matçına çıxacaqlarını bildirib:
"Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir.
Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər. Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq.
FCSB göstərdiyi oyuna və məsuliyyətinə görə haqq etdiyi nəticələri qazana bilib".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Oxşar xəbərlər
"Qarabağ" - FCSB oyununun hakimləri məlum oldu
Rumıniya klubunu Bakıda 100-ə yaxın azarkeş dəstəkləyəcək
"Qarabağ" rəqibində yeni oyunçu
“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov
"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası