reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" FCSB-yə qarşı -Avropa Liqası


Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür.

Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna qalib gəlməlidir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)

Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)

VAR: Mihal Oçenaş

AVAR: Martin Dohal

Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

"Rumıniya futbolu sərtliyi ilə seçilir" - Qurban Qurbanov
"Qarabağ" - FCSB oyununun hakimləri məlum oldu
Rumıniya klubunu Bakıda 100-ə yaxın azarkeş dəstəkləyəcək
"Qarabağ" "Elfsborq" səfərində - Avropa Liqası
"Qarabağ" "Lion"a qarşı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər