reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Elfsborq" səfərində -Avropa Liqası


Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşacaq. "Boras Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcək.

"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gələcəklər. Qurban Qurbanovun komandası üçün Oskar Hilyemarkın kollektivini məğlub etmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir.

Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir.

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"

Oxşar xəbərlər

Qurbanov İsveçdə jurnalistlər önünə çıxacaq
“Elfsborq” – “Qarabağ” matçının hakimləri bilindi
"Qarabağ"ın 4-cü sınağı - Avropa Liqası
"Qarabağ"ın rəqibi qələbə qazandı
"Qarabağ"ın rəqibi məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər