reklam
Liverpul klubunun sabiq futbolçusu 20 il həbsdə yatacaq
Sportfm.az xəbər saytı

Liverpul klubunun sabiq futbolçusu 20 il həbsdə yatacaq


Liverpulun "Everton" klubunun keçmiş yarımmüdafiəçisi Li Ti korrupsiyaya görə Çin məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilib.

Sportfm.az xəbər verir ki, bu barədə "The Paper" xəbər yayıb.

Bildirilir ki, hökm dekabrın 13-də Hubey əyalətinin məhkəməsi tərəfindən çıxarılıb.

Keçmiş futbolçu Çin futbolunda korrupsiya fəaliyyətində təqsirli bilinib. Yerli xüsusi xidmət orqanları Li Tini 2022-ci ilin noyabrında həbs ediblər. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Çin milli komandasının baş məşqçisi postunu 360 min avroya alıb və dəfələrlə Çinin aşağı liqalarında şübhəli oyunların təşkilatçısı olub.

Çin milli futbol komandasının məşqçisi olarkən Li Ti ümumilikdə 7 milyon dollar məbləğində rüşvət alıb.

Li Ti 2002-2006-cı illərdə "Everton"da çıxış edib. Məhkum 2019-2021-ci illərdə Çin millisinin baş məşqçisi olub.

Oxşar xəbərlər

Alveş azadlığa buraxıldı - 1 milyon avro girov müqabilində
Arda Turan barədə həbs qərarı verildi - İspaniyada
Klub rəsmisi 17 illik həbs edildi
Oğurlanan sabiq milli üzvü polis tərəfindən qurtarıldı
Gənc futbolçu həbs edildi - Narkotikə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər