reklam
Klub rəsmisi 17 illik həbs edildi
Sportfm.az xəbər saytı

Klub rəsmisi 17 illik həbs edildi


Şandun Əyalət Məhkəməsi Çin Futbol Assosiasiyasının (ÇFA) keçmiş vitse-prezidenti, Gənclər Futbol Liqasının sabiq rəhbəri və Təhsil Nazirliyinin departamentlərindən birinin keçmiş rəhbəri Vanq Denqfenq barəsində hökm çıxarıb.
Sportfm.az xəbər verir ki, dövlət vəsaitini mənimsəmək və rüşvət almaq ittihamı ilə o, 17 il həbs cəzasına məhkum edilib, həmçinin 5 milyon yuan (təxminən 640 min avro) məbləğində cərimələnib.

Vəzifəsindən sui-istifadə edən Vanq Denqfenq 2016-cı ilin iyunundan 2022-ci ilin avqustuna qədər təxminən 5,98 milyon avro məbləğində vəsaiti mənimsəyib və ya mənimsəməyə cəhd edib. O, 2016-cı ilin yanvarından 2022-ci ilin yanvarınadək müqavilələrin bağlanmasına və layihələrin hazırlanmasına kömək üçün 9,66 milyon yuan (təxminən 1,24 milyon avro) rüşvət alıb.

Məhkəmə cəza təyin edərkən keçmiş məmurun etirafını və oğurladığı əmlakı geri qaytarmasını nəzərə alıb.

ÇFA-nın keçmiş prezidenti Çen Syu Yan və Çin millisinin keçmiş baş məşqçisi Li Ti də istintaq altındadır.

Oxşar xəbərlər

Hakimlər Komitəsinin keçmiş sədri həbs olundu
Alveşin ailəsi 1 milyon avro axtarır
Alveş azadlığa buraxıldı - 1 milyon avro girov müqabilində
FIFA rəhbəri 2,69 milyon maaş alır
Messi haqqında həbs cəzası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər