reklam
Gənc futbolçu həbs edildi -
Sportfm.az xəbər saytı

Gənc futbolçu həbs edildi -Narkotikə görə


Niderlandlı keçmiş yarımmüdafiəçi David Mendes da Silva narkotik alverinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Sportfm.az xəbər verir ki, o, 2022-ci ilin avqust ayında narkotik idxalı ilə bağlı aparılan araşdırmaların yekun nəticəsində həbs edilib.

Qərar Rotterdam Məhkəməsi tərəfindən qəbul edilib. Da Silva Niderlanda 74 və 105 kq ağırlığında iki dəfə kokain gətirməkdə və qanunsuz maddəri satmaqda təqsirli bilinib. O, həm də, 1300 kq-lıq narkotik maddənin daşınmasında şəriklik ittihamı ilə şübhəli bilinib.

David Mendes da Silva Niderland milli komandasında 7 oyuna çıxıb. O, futbolçu kimi “Sparta” (Rotterdam), “Breda”, “Alkmaar”, “Panatinaikos” kimi klublarda forma geyinib. Da Silva 2017-ci ilin yayında futbolçu karyerasını bitirib.

Oxşar xəbərlər

Amsterdam məhkəməsindən "Spartak"ın oyunçusuna ağır cəza
Yığmanın sabiq üzvünə 11 il həbs
Qadın idmançıya 26 illik həbs cəzası - Dəhşət
Daha bir futbolçu İspaniya millisini tərk etdi
Dünya futbolunun ulduzunun oğlu həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər