reklam
Əməliyyat olunan kapitan fərdi məşqlərə başladı
Sportfm.az xəbər saytı

Əməliyyat olunan kapitan fərdi məşqlərə başladı


“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Sportfm.az xəbər verir ki, komanda bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.
“Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, Elmar Baxşıyevin komandası Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

Oxşar xəbərlər

Abbasova "300" yazılan forma hədiyyə edildi - FOTO
Hər kəs ilk tura hazırlaşır - Premyer Liqa
"Qəbələ" də məşqlərə başladı
“Araz-Naxçıvan” məşqlərə başladı
"Araz-Naxçıvan" məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər