reklam
Hər kəs ilk tura hazırlaşır -
Sportfm.az xəbər saytı

Hər kəs ilk tura hazırlaşır -Premyer Liqa


Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.

Sportfm.az xəbər verir ki, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər. Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra ediblər.

Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Komanda “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq.

Oxşar xəbərlər

“Araz Naxçıvan” “Qarabağ”a qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” Superliqa klubuna qarşı - Yoxlama oyunu
"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəldi - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
“Araz-Naxçıvan” da məşqləri bərpa etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər